Ru
22:34 / 06 Oktyabr 2025

TƏBİB-in əməkdaşı bıçaqlandı, reanimasiyaya yerləşdirildi

TƏBİB-in əməkdaşı bıçaqlandı, reanimasiyaya yerləşdirildi
Eye

TƏBİB-in əməkdaşı Lamiyə Qanbayeva məişət zorakılığına məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə həmin qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova məlumat yayıb.

"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunur.

Qeyd edək Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı bu gün axşam saatlarında həyat yoldaşı tərəfindən bıçaqlanıb.

O, 11 bıçaq yarası alıb.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar