Ru
23:33 / 06 Oktyabr 2025

Gürcüstanda azərbaycanlı məktəbliyə xəsarət yetirildi

Gürcüstanda azərbaycanlı məktəbliyə xəsarət yetirildi
Eye

Gürcüstanın Kaspi rayonunun azərbaycanlıların yaşadığı Ferma kəndində məktəb ərazisində insident baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, 6-cı sinif şagirdi olan 12 yaşlı azərbaycanlı kəsici-deşici alətlə əlindən xəsarət alıb.

Yayılan məlumatlara əsasən, məktəbliyə xəsarəti həmyaşıdı yetirib.

Ferma sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyi insidenti gizlətməyə çalışıb və hadisə barədə polisə məlumat verməyib.

Yeniyetməyə xəstəxanada tibbi yardım göstərilib. O, artıq evə buraxılıb, vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar