Ru
18:22 / 04 Avqust 2025

Fuad Xəlilova yeni vəzifə verildi

Fuad Xəlilova yeni vəzifə verildi
Eye

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Bakupost.az xəbər verir ki, Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanıb.

Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib.

Daha sonra "NEQSOL Holding"in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli sərəncamı ilə Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar