Ru
20:47 / 04 Avqust 2025

Trampdan əlamətdar nailiyyət: Ermənistan və Azərbaycan arasında... - ABŞ senatoru

Trampdan əlamətdar nailiyyət: Ermənistan və Azərbaycan arasında... - ABŞ senatoru
Eye

"ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlamaq ərəfəsindədir".

Bakupost.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasının üzvü, ABŞ senatoru Stiv Daines "The Wall Street Journal" üçün yazdığı məqalədə qeyd edib:

“Bu, əlamətdar nailiyyət olacaq – regional və beynəlxalq sülhə, eləcə də iştirakçı ölkələrin hüdudlarından kənara çıxan iqtisadi faydalara töhfə verəcək sabitliyə doğru daha bir addım olacaq.

1980-ci illərin sonlarından bəri keçmiş Sovet İttifaqının tərkib hissəsi olan Ermənistan və Azərbaycan vaxtaşırı ciddi zorakılıqların baş verdiyi aşağı intensivlikli münaqişə vəziyyətindədir. Bir çox sülh səyləri səmərəsiz olub. Əvvəlki administrasiyalar nə bölgəyə, nə də sülh danışıqlarına üstünlük verməyiblər”.

Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda inkişafı və sabitliyi təşviq edir.

Daines əlavə edib ki, regionda və dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri dərhal onun sülh sazişinin imzalanmasını başa çatdırmalıdırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar