Britaniyanın BP şirkəti Braziliyada son 25 ilin ən böyük neft-qaz yatağını aşkarladığını elan edib.
Bakupost.az xəbər verir ki, məlumatı şirkətin mətbuat xidməti yayıb.
Bumeranq yatağı Braziliyanın cənub-şərqində, Rio-de-Janeyrodan 400 km məsafədə, Santos hövzəsində yerləşir və 300 kvadrat kilometrdən çox sahəni əhatə edir.
Nəşr qeyd edir ki, British Petroleum 2372 metr dərinlikdə kəşfiyyat quyusu qazıb, ümumi dərinlik isə 5855 metrdir. Enerji şirkəti tənzimləyici orqanlardan icazə alındıqdan sonra qiymətləndirmə işlərini davam etdirməyi planlaşdırır.
Bu xəbərlərin fonunda BP-nin səhmləri London fond birjasında 1,5% bahalaşıb.
Lalə, BakuPost