Ru
14:47 / 30 İyul 2026

Futbol klubunun 20 üzvü yoxa çıxdı

Futbol klubunun 20 üzvü  yoxa çıxdı
Eye

İsveçdə keçirilən yeniyetmələr arasında beynəlxalq "Gothia Cup" futbol turniri zamanı Efiopiyadan olan komandanın 20 üzvü itkin düşüb.

"Bakupost" The Local-a istinadla xəbər verir ki, turnirdə 77 ölkədən komandalar iştirak edib və Efiopiya yarışda 4 komanda ilə təmsil olunub.

İsveç polisi itkin düşən şəxslərin qanunsuz miqrasiya məqsədilə könüllü şəkildə yoxa çıxdıqlarını ehtimal edir. Turnirin final günü futbolçuların və onları müşayiət edən şəxslərin qaldığı otelin əməkdaşları bütün qrupun yaşayış yerini tərk etdiyini aşkar edib.

Yarışın təşkilatçıları dərhal polisə müraciət ediblər. Turnirin başa çatmasından 10 gün keçməsinə baxmayaraq, itkin düşən 20 nəfərin harada olduğu hələ də məlum deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar