“Ford” yeni nəsil elektrik avtomobillərində naviqasiya sistemi kimi “Google Maps” əvəzinə “Apple Maps”dən istifadə edəcək.
“Bakupost” xəbər verir ki, şirkət bununla bağlı “Apple” ilə əməkdaşlığını genişləndirərək avtomobillərin proqram təminatını daha sıx şəkildə “Apple” ekosisteminə inteqrasiya etməyi planlaşdırır.
Məlumata görə, yeni sistem 2027-ci ildə satışa çıxarılması nəzərdə tutulan elektrik pikap modelində tətbiq olunacaq.
“Apple Maps” vasitəsilə sürücülər elektrik avtomobilləri üçün marşrut planlaşdırılması, enerji doldurma məntəqələrinin optimallaşdırılması, batareyanın əvvəlcədən hazırlanması və real vaxt rejimində yol hərəkəti məlumatlarına birbaşa avtomobil üzərindən çıxış əldə edəcəklər.
Şirkət bildirib ki, yeni naviqasiya sistemi “BlueCruise” avtonom idarəetmə sisteminin dəqiqliyini də artıracaq.
Mütəxəssislərin fikrincə, “Ford”un bu addımı avtomobil istehsalçıları ilə texnologiya şirkətləri arasında proqram təminatı sahəsində rəqabətin yeni mərhələyə keçdiyini göstərir.
Vüsalə Hüseynova,
BakuPost