Ru
13:21 / 03 May 2021

Füzuli hava limanı nə vaxt açılacaq? - VİDEO

1933
Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin növbəti buraxılışı tikilməkdə olan Füzuli hava limanının ərazisindən yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakupost.az -a verilən məlumata görə, Elnar Məmmədlinin təqdimatında efirə gedəcək verilişdə hava limanının işğalda azad olunmuş bölgələr üçün əhəmiyyəti müzakirə olunub.

Verilişin qonaqları deputat Vüqar Bayramov, siyasi şərhçi Vüqar Zifəroğlu və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov görülən işlər barədə danışıb.



Verilişdə hava limanının sentyabrda təhvil verilməsinin nəzərdə tutulduğu qeyd edilib. Bildirilib ki, bu aeroport bütövlükdə bölgədə turizmin və iqtisadiyyatın inkişafına təkan verəcək.

Daha ətraflı məlumatı bu axşam – mayın 3-də saat 22:00-da AzTV-də yayımlanacaq “Əsas məsələ” verilişindən əldə edə bilərsiniz.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər