Ötən gün Füzulidə başlayan yanğın nəzarətə götürülüb.
Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının FHN qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınıb:
“Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub”.