Ru
20:54 / 05 Dekabr 2019

"Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq" - Samir Şərifov

1437
"Prezident İlham Əliyevin tapşırığı ilə gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq".

BakuPost-un “Report”a istinadən məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.

“Bu da Azərbaycanın beynəlxalq inkişafa töhfəsidir”, - deyən nazir Azərbaycanın AİB nəzdindəki Asiya İnkişaf Fondunda donor qismində iştirak edəcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində üç beynəlxalq təşkilatda iştirak etmək üçün 7 milyon dollarlıq vəsait nəzərdə tutulur: “Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda iştirak etmək üçün 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon dollar ayrılacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər