Ru
11:48 / 11 Mart 2022

Gəncədə dəhşət: 62 yaşlı kişi yeniyetmə qızı zorladı

7238

Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi sağlamlıq imkanları məhdud olan qızın zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.



Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bakupost.az -a bildirib ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə,Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.


Bildirib ki, qurum tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası, həmçinin Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.


Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

"Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəyə baş çəkəcəklər", - Dövlət Komitəsinin rəsmisi bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər