Ru
11:02 / 15 Dekabr 2025

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı
Eye

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.

Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar