Ru
09:10 / 15 Dekabr 2025

Saray bağlarında antisanitar vəziyyət – Samur-Abşeron kanalını üfunət bürüyüb – VİDEO

Saray bağlarında antisanitar vəziyyət – Samur-Abşeron kanalını üfunət bürüyüb – VİDEO
Eye

Sumqayıtın Saray bağları ərazisindən keçən Samur-Abşeron kanalında antisanitar vəziyyət yaranıb.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, son günlər kanaldan yayılan üfunət ərazidə dözülməz hala səbəb olub. Tullantılar bura atıldığından kanal zibil poliqonuna çevrilib.

Suyun səviyyəsinin enməsi nəticəsində kanalın dibində yığılan zibillər üzə çıxıb və qoxu daha da güclənib. Sakinlər bildirirlər ki, həm yayılmış qoxu, həm də antisanitar vəziyyər ətraf mühitə və insan sağlamlığına təhlükə yaradır.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, məsələdən xəbərdardılar.

O da qeyd edilib ki, ərazi yaxın günlərdə təmizlənəcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar