Qızıl qiymətləri həftənin ilk ticarət günündə dolların zəifləməsi və ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin azalması fonunda yüksəlişini davam etdirdi.
Bakupost.az xəbər verir ki, qiymətli metal 4.330 dollara qədər qalxdıqdan sonra dekabrın 12-nə 0,54% artımla 4.326,87 dollardan ticarət olunur. Ekspertlərin sözlərinə görə, qiymət daha da artaraq 4.380–4.440 dollar aralığında ola bilər.
Dollar indeksi ötən həftə qeydə alınan ucuzlaşma ilə son iki ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.
Gümüş 1,15% artımla 62,56 dollara yüksəlib. Ağ metal həftə sonu 64,65 dollarla rekord səviyyəni gördükdən sonra xeyli ucuzlaşmışdı.
Cavid, BakuPost