“Bakı Metropoliteni”ndə sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur. Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır”.
Bunu Bakupost.az -a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, nəticədə arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Bu isə qırmızı və yaşıl xətlər üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.
B.Məmmədovun sözlərinə görə, günün pik saatlarında sərnişi sıxlığını aradan qaldırmaq üçün belə tənzimləmələr edilir:
“Bakı Metropoliteni”ndə hər gün qatarların “Neftçilər” stansiyasından geri qaytarılması baş tutur. Buraya “Memar Əcəmi” stansiyası da daxildir. Bunun məqsədi də sıxlığın aradan qaldırılmasınə nazərətdə saxlamaqdır. Həmin saatlarda “Neftçilər” metrostansiyasından “Koroğluya”, “Memar Əcəmi”dən isə “20 Yanvar”a boş qatarların hərəkəti tənzimlənir”.
****
9:03
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.