Balakən Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev əmr imzalayıb.
Əmrə əsasən, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur.
Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev həbs edilib. Mehparə Nuriyeva da İslam Rzayevin dövründə onun müavini vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Natiq Ağayev İslam Rzayevin həbsindən 13 gün sonra - noyabrın 12-də Balakən rayonunun icra başçısı təyin edilib.