Ru
10:55 / 15 Dekabr 2025

Toy karvanında avtoşluq edənlər saxlanıldı – VİDEO

Toy karvanında avtoşluq edənlər saxlanıldı – VİDEO
Eye

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Bakupost.az xəbər verir ki. DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Gəncə ŞBPİ-nin DYP Şöbəsinin keçirdiyi tədbirlə toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri – E.Hətəmi, E.Məmmədov və Z.Həsənov saxlanılıblar.

Sürücülər barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.

Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar