Ötən həftə qəribə görünüşlü bitkilərdən olan ördək
gülü ilə bağlı məlumat vermişdik.
Oxucuların marağına səbəb olduğundan bu dəfə orxideya
növü olan meymun gülü ilə bağlı kiçik bir araşdırma apardıq.
BakiPost.az xəbər verir ki, bu nadir meymun gülü
yalnız Ekvador və Peru arasında yerləşən Bulud ormanında bitir. 1978-ci ildə kəşf
edilən çiçəyin əsl adı Drakula Simia, yəni "vampir kimi meymun” deməkdir. Lakin
görənləri heyrətə gətirən bu çiçək meymun orxideyası olaraq tanınmışdır. İlin 4
fəsli çiçək açan bu gülün qoxusu yetişmiş portağal qoxusunu xatırladır. 120 fərqli
növü var. Əsasən 30-40 sm hündürlüyündə olur.
Sevda Ulutau


