Ru
09:14 / 08 Sentyabr 2020

Azərbaycanlıların Gürcüstandan təxliyəsi davam edir

1554

Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsinə başlanılıb.

"BakuPost" xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı soydaşlarımız da yer alıb.

Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunacaq. Həmin şəxslər saat 10:00-da səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qonşu ölkədən Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə təyin olunub. Bugünkü və növbəti təxliyədə üstünlük yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə verilib.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsi təşkil olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər