Ru
12:44 / 10 Avqust 2018

Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI

Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı -  200 NƏFƏR İŞSİZ QALDI
Eye

Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.



BakuPost Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və burada çalışan 200-ə yaxın insan hazırda işsizdir.



Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb:



"Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar