Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsraillə bağlı açıqlamaları bu ölkədə böyük səs-küy doğurub.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə”də İsrailin rəqəmsal hesablarında Fidanın açıqlamarı geniş şəkildə yayıldığı bildirilib.
Hakan Fidan İsrailin İrandan sonra Türkiyəni yeni düşmən elan etməyə çalışdığını bildirmişdi.
“Əl-Cəzirə” yazır ki, bu bəyanat İsraildə ciddi reaksiya doğurub.
Bəzi israilli sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Fidan İsrailin daxili siyasi vəziyyətini düzgün analiz edir. Qeyd olunur ki, Hakan Fidan İsrailin baş naziri Netanyahu və İsrail sağçı siyasi şəbəkəsi ilə sol partiyalar arasında aydın fərq qoyur. Hakan Fidanın sözləri göstərir ki, İsraildə bir çox insanın düşündüyünün əksinə olaraq, Türkiyə tərəfinə görə problem dövlət deyil, Netanyahu və onun sağçı koalisiyasıdır, o cümlədən Ben-Qvir də daxil olmaqla.
Başqa bir şərhdə bir israilli istifadəçi Fidanın “tamamilə haqlı” olduğunu bildirib və “problem İsrail dövləti deyil, Netanyahudur” deyib. O, əlavə edib ki, “düşmənə ehtiyac mövzusu Netanyahunun siyasi varlığı ilə bağlıdır”.
Xatırladaq ki, “Anadolu Agentliyi”nə verdiyi müsahibədə Türkiyənin xarici işlər naziri İsraili ABŞ–İran danışıqlarında “maneə törədən” rol oynamaqda ittiham edib və “həmişə nəzərə alınmalı İsrail amili var” deyib.
Fidan İsrailin “İrandan sonra düşmən olmadan yaşaya bilmədiyini” bildirib və Tel-Əvivin Türkiyəni “növbəti düşmən” kimi göstərən yeni siyasi diskurs formalaşdırmağa çalışdığını qeyd edib. O əlavə edib ki, bu yanaşma yalnız Netanyahu hökuməti ilə məhdudlaşmır, İsrail müxalifətində də bəzi şəxslər tərəfindən görünür.
Hakan Fidan həmçinin İsrail rəhbərliyinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı “psixoloji kompleks”ə sahib olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyənin regional balans siyasəti İsrailin manevr imkanlarını məhdudlaşdırır.