Ru
19:53 / 16 İyul 2026

Haluk Leventin arvadından şok iddialar: "Məndən istifadə etdi"

Haluk Leventin arvadından şok iddialar: "Məndən istifadə etdi"
Eye

Türkiyədə "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Nurdan Erişin hakimə verdiyi ifadənin detalları üzə çıxıb.


"Bakupost" "Haber Global"a istinadən xəbər veririk ki, Nurdan Eriş ifadəsində məşhur müğənni Haluk Levent ilə evli olduğunu və müğənninin ondan sui-istifadə etdiyini iddia edib.

Nurdan Eriş ifadəsində bunları bildirib: "Haluk Leventlə 2016-cı ildə İsveçrədə tanış olmuşam. O zaman mənim orada uğurlu biznesim var idi. Bu şəxs məni emosional olaraq manipulyasiya etdi. 2018-ci ildə İsveçrədə ailə qurduq. Həmin il şirkətimi sataraq təxminən 30 milyon frank əldə etdim. Bundan əvvəl də ABŞ-dəki şirkətimdən ona pul göndərmişdim. O, daim borclarının olduğunu, sələmçilərin və mafiyanın onu təqib etdiyini deyərək məndən pul alırdı. Pandemiya dövründə isə "Ahbap" adlı layihə üçün də ondan pul istədi. Xaricdə yaşadığım üçün məni sadəlövh hesab edirdi. Pulları birbaşa ona deyil, dediyi şəxslərə - Emrah bəyə, Zafer Yaya və köməkçisi Yeliz Kayaya göndərirdim".

Eriş qeyd edib ki, sonuncu dəfə ötən həftə müğənni ondan 15 000 lirə istəyib: "Dedim ki, artıq heç nəyim qalmayıb. O isə çek məsələsinin həlli üçün pula ehtiyac olduğunu bildirdi. İndi özümü axmaq kimi hiss edirəm. Uşaqlarım atasız böyüdükləri üçün ona çox bağlanmışdılar. Lakin sonradan nələrin baş verdiyini anladım. Onsuz da boşanmaq qərarına gəlmişəm. İnanmaq istəyirdim, çünki bütün Türkiyə ona güvənirdi, etibar edirdi".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar