Ru
11:07 / 20 İyul 2026

Hansı komanda nə qədər mükafat qazandı?

Hansı komanda nə qədər mükafat qazandı?
Eye

2026-cı il dünya çempionatının qalibi olan İspaniya millisi turnirdən 50 milyon dollar mükafat əldə edib.

"Bakupost" xəbər verir ki, finalda Argentinaya 1:0 hesabı ilə qalib gələn İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

FİFA turnirin nəticələrinə əsasən 48 iştirakçı arasında ümumilikdə 655 milyon dollar mükafat pulu bölüşdürüb. Çempion İspaniyaya 50 milyon, finalçı Argentinaya isə 33 milyon dollar verilib.

Üçüncü yer uğrunda görüşdə Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə 29 milyon dollar qazanıb. Dördüncü pilləni tutan Fransa isə 27 milyon dollar əldə edib.

İspaniya bununla dünya çempionatları tarixində ən böyük mükafatı qazanan milli komanda olub. Əvvəlki rekord 2022-ci ildə 42 milyon dollar əldə edən Argentinaya məxsus idi. Fransa isə 2018-ci ildəki çempionluğuna görə 38 milyon dollar qazanmışdı.

5–8-ci yerləri tutan Norveç, Belçika, Mərakeş və İsveçrəyə 19 milyon dollar verilib. 9–16-cı pillələrdə qərarlaşan komandaların hər biri 15 milyon, 17–32-ci yerləri tutan yığmalar 11 milyon, qrup mərhələsində mübarizəni dayandıran 16 ölkə isə 9 milyon dollar qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar