Ru
08:45 / 25 Yanvar 2024

Hər gün ac qarına qatıq suyu için - Faydaları

Hər gün ac qarına qatıq suyu için - Faydaları
Eye

Qatıq əsrlər boyu bir çox mədəniyyətdə mühüm qida qaynağı olaraq istifadə edilir.

Qatıq yeyərkən dibində qalan su adətən zibil qutusuna atılır. Ancaq faydalarını öyrəndikdə bu vərdişdən əl çəkəcəksiniz.



Bakupost.az qatıq suyunun faydalarını təqdim edir:

Qatıq suyunun müntəzəm qəbulu, həzm sisteminizin sağlamlığını yaxşılaşdırarkən immun sistemini dəstəkləyir.

- Qatıq suyu kalorisi çox aşağı olduğu üçün pəhriz saxlayanların üstünlük verməsi lazım olan bir qidadır. 100 ml qatıq suyu qəbul etdikdə cəmi 20 kalori alırsınız.
- Yağ yandırmasını sürətləndirmək üçün bol miqdarda qəbul edə bilərsiniz.
- Bağırsaqla bağlı probleminiz varsa, mədə pozğunluğunu aradan qaldırmaq üçün qatıq suyu içə bilərsiniz. O, mədəni rahatlaşdıracaq və bağırsaqları “sevindirəcək”.
- Tərkibindəki vitaminlər sayəsində dəri və saç sağlamlığını qoruyur. Saçınızın ehtiyac duyduğu nəm balansını təmin edir.
- Stresslisinizsə və böyrək daşlarından əziyyət çəkirsinizsə, qatıq suyunun antioksidan təsiri ilə böyrək daşını atmaq daha asan olacaq.
- Qatıq suyu da qalxanabənzər vəzi xəstələri üçün şəfalıdır. Qalxanabənzər vəzinin aktiv fəaliyyətini təmin edir.
- Qatıqlı su içən diabet xəstələrinin şəkər balansı nəzarət altına alınır.
- Sidik yolları infeksiyasını evdə təbii üsullarla müalicə etmək üçün bir neçə gün ərzində qatıq suyu qəbul etmək məsləhət görülür. Antimikrobiyal xüsusiyyəti ilə infeksiyanı orqanizmdən çıxarır.


Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar