Dinlər Yer üzündə ilk insan olaraq Həzrət Adəmin
olduğunu bildirsə də, insanşünaslıq elmi bunun əksini iddia edir.
BakuPost.az xəbər verir ki, elm adamları Adəmdən əvvəl
Yerdə müxtəlif insanların yaşadığını, buna sübut kimi isə müxtəlif ərazilərdə
tapılmış insan skeletləri üzərində aparılan tədqiqatları göstərirlər.
Tədqiqatlara əsasən, bəzi skeletlərin ömrü bir
milyon və bəzisininki isə 750 min ildir.
Məlumata görə, sümüklər ilk olaraq İndoneziyada,
sonra Çində tapılıb. Bu insanların ən çox yaşlı olanını neandertallar adlandırıblar
ki, onlar da başqa qədim insanların əcdadı olublar. Bu insanlar miladdan çox əvvəlyaşayıblar
və dünyanın çox yerinə dağılışıblar.
Müqəddəs səmavi kitab olan Qurani-Kərimdə də Həzrət
Adəmdən əvvəl insanların yaşadığına işarə verən ayələr var.
"Bəqərə” surəsi, ayə 30: "Və (yadına sal) o zaman(ı)
ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın
oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini)
qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi
(canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və
(bütün eyb və nöqsanlardan) pak bilirik»”.
Təfsirçilər xəlifə dedikdə, iki nəzəriyyəni irəli
sürüblər.
Birinci nəzəriyyə.
İnsanın bir və ya bir neçə növü yer üzündə yaşayıb.
Onlar yer üzündə fəsad törətməyə və qan tökməyə başlayıblar. Sonra isə nəsilləri
tükənib. Mələklərin nəzərinə görə, xəlifənin xüsusiyyətləri gərək Allaha bənzər
olsun və onun sifətlərinə malik olsun. Ona görə də Allaha belə fikir bildirirlər.
İkinci nəzəriyyə.
Allah Təala ona görə onu canişini adlandırır ki,
Allah bəndələri arasında hökm verən zaman onun canişini olur. Allah Təala öz
canişinlərinə yerdən istifadə edib, bəhrələnmək haqqını verib.
Bu iki nəzəriyyə də Həzrət Adəmdən əvvəl insanların
olduğuna işarə edir. Bu insanlar yer üzündə yaşayıb və sonra fəsad törətdiklərinə
görə nəsilləri kəsilib.