Ru
12:52 / 26 Aprel 2019

"İçərişəhərlə bağlı yayılan fotolar təxribatdır" - Aparat rəhbəri

1618
"Sosial şəbəkələrdə son günlərdə yayılan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkillər ölkəmizdə keçirilən beynəlxalq yarışlar ərəfəsində müxalif qüvvələr tərəfindən ortaya atılan təxribatdır".


"Report" xəbər verir ki, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, həmin fotoşəkildə görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur:


"Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Həyata keçirilən layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub".


Aparat rəhbərinin sözlərunə görə, sosial şəbəkələrdə və bəzi saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır: "Qoruq İdarəsi Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığını möhkəmləndirib. Həmin fotolar 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Yenə deyirəm ki, həmin fotolar sırf təxribat məqsədi daşıyır və yayılan məlumatlar da şayiədir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər