"Belə şeyləri yazmamaq da olmur. Yazaq ki, xalq bu "xəsis", "xəbis" məmurları tanısın..."
"BakuPost" xəbər verir ki, bu sözləri jurnalist Təzəxan Mirələmli "Facebook" səhifəsində yazıb. O, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin adından döyüşdə yaralanan əsgər ailələrinə edilən yardımla bağlı şikayətini qeyd edib:
"Başqalarına nə qədər olunduğunu dəqiq bilmirəm, amma Murovdağda ağır yaralanan Astara rayon Ərçivan kənd sakini Məmmədov Adilin (bizim Tofiq Məmmədovun qardaşı) atası Məmmədov Oruca 100 manat yardım veriblər. Məmmədov Adil döyüşlərdə ayağından və gözündən ağır yaralanmasına baxmayaraq, Gəncə şəhərində müalicə olunduqdan sonra evə buraxılsa da, buna razılaşmayıb, yenidən cəbhəyə yollanıb".