Ru
15:30 / 08 Yanvar 2024

İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO

11310
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlər yaşadıqları binanın bərbad vəziyyətdə olmasından cana yığılıblar.

Bakupost.az –a müraciət edən sakinlər bildiriblər ki, 5 il ərzində onlardan 215 min manat mənzil haqqı yığılsa da, binada heç bir iş görülməyib:

"Liftlər xarabdır, bloklar bərbad vəziyyətdədir. Artıq bezmişik. Dəfələrlə komendanta desək də, bizi başından edir. Heç bir problemlə maraqlanmır. Ancaq pul yığmaqla məşğuldur”.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlar şikayətləri ilə bağlı tədbir görmədikləri üçün onlar məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edəcəklər.


Şikayətçilərin dediyinə görə, bina "Nizami 2" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir:

“Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”.






Elnur
BakuPost

Şərhlər
  • Valeh Ağayev

    Salam əziz oxucular . Mən bina sakinlərindən biri olaraq bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan adların, yəni Niyazi müəllimin və İslam müəllimin bu işə heç bir aidiyyəti yoxdur. Mən bütün sakinlər ilə əlaqə saxlayıram. Yuxarıda qeyd olunan adlar səhvən düşüb. Burda yalnız hal hazırda Nizami 2 MMMC min sədri vəzifəsini etibarnamə ilə icra edən Füzuli cavabdehlik daşıyır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər