Ru
15:29 / 15 Dekabr 2025

İki avtomobil “TIR”la toqquşdu – 4 yaralı – VİDEO

İki avtomobil “TIR”la toqquşdu – 4 yaralı – VİDEO
Eye

Salyanda zəncirvari qəza baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər qarşıda gedən “TIR”la toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar