Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Mərhum Ağstafa rayonunda dəfn olunub. Dəfn mərasimində Rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, iki qız və bir oğul övladı vardır. “Şair niyə qocalmasın”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görmüşdür.