Ru
09:20 / 25 Noyabr 2025

İki əsrlik bina hər an çökə bilər – Divarları çatlaq, döşəməsi yararsız – VİDEO

İki əsrlik bina hər an çökə bilər – Divarları çatlaq, döşəməsi yararsız – VİDEO
Eye

19-cu əsrdə tikilmiş bina, hazırda qəzalı vəziyyətdədir. Sakinlər bildirirlər ki, hər anlarını qorxu içərisində yaşayırlar.

Bakupost.az “Xezerxeber”az-a istinadən xəbər verir ki, xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yerləşən 2 mərtəbəli binadan gedir.

Döşəmə qatının çökdüyünə görə, sakinlərdan biri ikinci mərtəbədən birinciyə yıxılıb.

Bakının 3 saylı Mənzil Kommunal Təsərrüfat İdarəsindən də təsdiqlədilər ki, həmin tikili qəzalı binalar siyahısındadır və köçürülməsi nəzərdə tutulub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək görüləcək işlərlə bağlı məlumat veriləcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar