Noyabrın 24-də Londonda Məxfi Şuranın Məhkəmə Komitəsi (JCPC) "Credit Suisse Life" (Bermuda) şirkəti ilə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili arasındakı iş üzrə yekun qərarını açıqlayıb.
Bakupost.az aspny.ge-yə istinadən xəbər verir ki, qərara əsasən, İsveçrənin "Credit Suisse" bankının keçmiş əməkdaşı tərəfindən törədilmiş fırıldaqçılıqla bağlı İvanişviliyə verilmiş 607 milyon dollarlıq təzminat qüvvədə saxlanılıb.
Məhkəmə sığorta şirkətinin müqavilə öhdəliklərini pozduğunu və təxminən 750 milyon dollarlıq aktivlərin düzgün idarə olunmadığını müəyyən edib. Bununla belə, ABŞ sanksiyaları səbəbindən İvanişvili bu məbləği əldə edə bilməyəcək.
Xatırladaq ki, ABŞ 27 dekabr 2024-cü ildə Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.