Ru
21:48 / 24 Noyabr 2025

Xocalı qatilindən məhkəmədə absurd İDDİA: “...belə presedent dünyada yoxdur”

Xocalı qatilindən məhkəmədə absurd İDDİA: “...belə presedent dünyada yoxdur”
Eye

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan Antikorrupsiya Məhkəməsində çıxışı zamanı yenə də gündəm yaratmağa çalışıb.


Bakupost.az xəbər verir ki, o, barəsində aparılan və özünün “anti-konstitusion” adlandırdığı proseslə bağlı süni intellektdən “məsləhət aldığını” bildirib.


Köçəryanın iddiasına görə, o, süni intellektə belə suallar ünvanlayıb:

— Cinayət maddəsi olmadan bir şəxsin “təqsirləndirilən şəxs” kimi tanınması mümkündürmü?

— Dünyanın hər hansı ölkəsində belə bir presedent olubmu?

Sabiq prezidentin sözlərinə görə, süni intellekt ona belə cavab verib:

“Bu, absurd və mümkün deyil. Son 100 ildə belə hal qeydə alınmayıb, ümumiyyətlə dünyada belə presedent yoxdur”.

Köçəryan daha sonra məhkəmə prosesində iştirakını “yaxşı niyyət nümayiş etdirmək” kimi təqdim edib və qeyd edib ki, “sağlam məntiq” olsa, onun bu iclaslara qatılmasına heç bir ehtiyac qalmaz.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar