Ru
20:45 / 24 Noyabr 2025

Geri sayım başladı: Daha bir ölkədə müharibənin başlaması an məsələsidir - Politoloq

Geri sayım başladı: Daha bir ölkədə müharibənin başlaması an məsələsidir - Politoloq
Eye

ABŞ Dövlət Departamenti rəsmi şəkildə Maduro rejimini xarici terror təşkilatı kimi tanıdı. Bu qərar faktiki olaraq Venesuelaya qarşı hərbi intervensiyanı (hücumu) beynəlxalq hüquq baxımından legitimləşdirir.

Bakupost.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov bildirib.

Onun sözlərinə görə, bu qərarla Nikolos Maduro üçün geri sayım başlayıb;

"Bundan əlavə Maduro rejiminin terror təşkilatı kimi tanınması bunları nəzərdə tutur:

- Xarici aktivlərin dərhal dondurulması;

- Dünyanın hər yerində rejim tərəfdarların cinayət məsuliyyətinə cəlb edilməsi.

Hazırda Venesuela hava məkanı faktiki olaraq boşdur (Ukrayna hava məkanı kimi) və ABŞ tərəfindən hava hücumların başlanma ehtimalı olduqca yüksəkdir.

Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarina malik olan ölkədir, amma sərt sanksiyalar səbəbindən Venesuela nefti dünya bazarına buraxılmır və Çin bu durumdan yararlanır: Venesuela next ixracının 90%-i məhz Çinə gedir", - o əlavə edib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar