Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri son iki həftə ərzində La-Manş boğazında Rusiyanın “Stoykiy” hərbi gəmisini və “Yelnya” tankerini saxlayıb.
Bakupost.az BBC-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, Britaniyanın patrul gəmisi “HMS Severn” rus gəmilərin Duvr boğazından keçidinə mane olub.
“Stoykiy” və “Yelnya” Fransanın şimal-qərbində, Bretan sahillərində olan NATO müttəfiqinə təhvil verib.
Ötən həftə isə Rusiya kəşfiyyat gəmisi “Yantar”ın Şotlandiya sahilləri yaxınlığında göründüyü və hərəkətlərinin izlənməsinə mane olmaq üçün Britaniya Hərbi Hava Qüvvələrinin pilotlarına qarşı lazerlərdən istifadə etdiyi məlum olmuşdu.
Cavid, BakuPost