"Toyların birində qəfildən yıxıldım. Toy idarə etdiyim anda huşumu itirdim".
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova "Rəngarəng" proqramında deyib.
O bildirib ki, son günlər tez-tez huşunu itirir və yıxılır:
"Düşündüm ki, yorğunam yəqin. Səhəri gün 7-də uşağı dərsə yola salanda yenə yıxıldım. Həkimə getdim ki, belə olub. Təcili yoxlamaya göndərdilər. Qan təzyiqim aşağı olub. Son 20 gündə çox yüksəlib.
Son günlər yenə yıxıldım və hətta səfərlərimdən birini ləğv etdim. Yoxlamalarda nəticə yaxşı oldu. Amma yenə də 3 dəfə yıxılmışam. Mənə bir şey olsa, anam oğluma yaxşı baxacaq, buna əminəm".