“ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq üçün hazırladığı "sülh planı"nı müzakirə etmək məqsədilə Cenevrədə keçirilən görüş çox uğurlu keçib.”
Bakupost.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “Fox News”a açıqlaması zamanı deyib.
"Son 10 ay ərzində Prezident Tramp və onun komandası, Rubio və əlbəttə ki, Heqset və Uitkoffun bu müharibəni həll etmək üçün həqiqətən böyük səy göstərdiklərini gördüm", - Rutte deyib.
Baş katib onu da qeyd edib ki, ABŞ-ın planında bir çox yaxşı elementlər var, lakin bəzi məqamların daha da dəqiqləşdirilməsinə ehtiyac duyulur.