İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının sərhəd bölgələrinə hücumlarından əvvəl və əməliyyat zamanı yol verdikləri ciddi səhvlərə görə bir neçə yüksək rütbəli zabiti vəzifəsindən azad edib.
Bakupost.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar xüsusi komitənin araşdırmasından sonra qəbul edilib.
“7 oktyabr 2023-cü ildə İDF əsas missiyasını - İsrail Dövlətinin mülki əhalisini qorumaq missiyasını yerinə yetirə bilmədi. Bu, bu hadisələrdən əvvəl və hadisələr zamanı qəbul edilmiş qərarlar və tədbirlərlə bağlı ciddi, dəhşətli və sistemli uğursuzluqdur”, - məlumatda deyilir.
Baş Qərargahın qərarları 13 general və digər yüksək rütbəli İDF zabitlərinə qarşı çıxarılıb. On fəal və istefada olan komandirlər işdən çıxarılıb. Baş Qərargah Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aharon Haliv, Baş Qərargahın Əməliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Oded Basiuk və Cənub Hərbi Dairəsinin komandiri general-mayor Yaron Finkelman işdən çıxarılanlar siyahısındadırlar.