Ru
17:15 / 24 Noyabr 2025

İki qadını öldürən sürücüyə cəza verildi

İki qadını öldürən sürücüyə cəza verildi
Eye

Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.

Hadisə ötən ilin dekabrın 21-i saat 06 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

S.Süleymanov dostuna məxsus “Kia Rio” markalı avtomobillə həyat yoldaşını işə apararkən 2 qadını vurub.

Nəticədə 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə 5 il ərzində məhdudlaşdırılıb.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar