Ru
17:11 / 24 Noyabr 2025

Komaya düşən qadına görə nə cəza veriləcək? – Burun əməliyyatı edilən klinika yoxlamalar

Komaya düşən qadına görə nə cəza veriləcək? – Burun əməliyyatı edilən klinika yoxlamalar
Eye

Gənc qızın komaya düşməsi ilə nəticələnən burun əməliyyatına görə Səhiyyə Nazirliyinə “MedAura” klinikası ilə bağlı protokol göndərilib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumatına görə, protokol uğursuz rinoplastika əməliyyatı ilə əlaqədar tərtib edilib. Noyabrın 7, 12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: “Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız, Şəmkir sakini Nigar İlham qızı Budaqlı burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib. N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib. Məlumata görə, ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar