Ru
15:53 / 24 Noyabr 2025

“Zərif sözlərdən istifadə etdik” – Nayra Sultanyan Bakı səfərindən danışdı

“Zərif sözlərdən istifadə etdik” – Nayra Sultanyan Bakı səfərindən danışdı
Eye

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu yaxınlarda Bakıda səfərdə olan Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Nayra Sultanyan bu gün mətbuat konfransında çıxış edib.

Bakupost.az xəbər verir ki, N.Sultanyan açıqlamasında deyib ki, “Azərbaycan tərəfi ilə birbaşa danışmaq bizim üçün yeni bir vəziyyət idi. Xüsusilə cənab Hacıyevin qarşısında əyləşmişkən, çıxışımızı diplomatik şəkildə formalaşdırmağa, zərif ifadələr işlətməyə çalışdıq ki, nəticədə tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaransın və ümid edirik ki, nəticə etibarilə bu problemlərin həlli daha sürətli olacaq”.

O həmçinin qeyd edib ki, qruplarının təsir imkanları ilə bağlı şişirdilmiş gözləntiləri yoxdur. “Belə desək, öz sərhədlərimizi çox yaxşı başa düşürük. Amma bununla belə hamımız razıyıq ki, bu kiçik səfər, görüş və üzbəüz danışıqlar nəticəsində, yəqin ki, mənfi yox, daha çox müsbət həllərə töhfə vermiş oluruq”, – Sultanyan fikrini yekunlaşdırıb.

Oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə müzakirə keçirilmişdi. Bir qrup erməni vətəndaş cəmiyyəti üzvü həmin görüşə cavab olaraq noyabrın 21-də Bakıda səfərdə oldu.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar