Ru
13:07 / 24 Noyabr 2025

Maşın alverçisi adı ilə dələduzluq edən saxlanıldı

Maşın alverçisi adı ilə dələduzluq edən saxlanıldı
Eye

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pulun ələ keçirildiyini bildiriblər.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında, Binəqədi rayonunun polisləri tərəfindən keçirilən əməliyyatda dələduzluqda şübhəli bilinən 21 yaşlı E.Qulamovun saxlanıldığı deyilir.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar