Ru
14:41 / 24 Noyabr 2025

Bakıda iki əməliyyat – Soyğunçu və narkokuryer saxlanıldı – VİDEO

Bakıda iki əməliyyat – Soyğunçu və narkokuryer saxlanıldı – VİDEO
Eye

Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumatına görə, naməlum şəxsin gündüz saatlarında mağazanı talanması nəticəsində 600 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Faniz Səfərov saxlanılıb. Onun obyektdən oğurladığı pulları sayması da təhlükəsizlik kameralarında görünüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar