Avropa Parlamenti 26 dekabr üçün gündəliyə dəyişiklik edərək ABŞ-nin Ukrayna ilə bağlı sülh planına dair xüsusi debatların keçirilməsini qərara alıb. Plenar iclaslar bu gün Strasburqda başlayıb.
Bakupost.az Report-a istinadla xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasda bu barədə məlumat verib.
Avropa Parlamenti Ukrayna üçün sülh planını müzakirə edəcək və bu mövzuda Avropa Komissiyası ilə Avropa İttifaqı Şurasının mövqeyini dinləyəcək.
İclasda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi gözlənilir.
Məlum olduğu kimi, tərəflər Cenevrədə keçirilən çoxtərəfli danışıqlardan sonra yeni tənzimləmə sənədi üzərində işlədiklərini bəyan ediblər.