Ru
23:02 / 24 Noyabr 2025

Paşinyandan prokurorluğa şikayət edildi

Paşinyandan prokurorluğa şikayət edildi
Eye

Ermənistanın media nümayəndələri, siyasətçilər və insan haqları fəalları baş nazir Nikol Paşinyana qarşı ölkənin baş prokurorluğuna şikayət ərizəsi təqdim ediblər.

Bakupost.az xəbər verir ki, hökumət başçısı siyasi müxalifləri təqib etməkdə və Erməni Apostol Kilsəsinin işlərinə müdaxilə etməkdə ittiham olunur.

Ərizədə iddia olunur ki, 2026-cı il parlament seçkisi ərəfəsində Ermənistan hakimiyyəti siyasi müxaliflərə və tənqid qruplarına təzyiq edib. Onların sözlərinə görə, təzyiq əsasən Erməni Apostol Kilsəsinə, Katolikosa, bir neçə yüksəkvəzifəli ruhaniyə və onların qohumlarına, eləcə də iş adamı Samvel Karapetyana və kilsəni dəstəkləyən digər şəxslərə yönəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar