Ru
09:38 / 25 Noyabr 2025

Nərimanovda ev yandı – Xəsarət alanlar var – Video

Nərimanovda ev yandı – Xəsarət alanlar var – Video
Eye

Paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) yayılan məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 900 kv. metrlik ikimərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin dam örtüyü yanıb.

Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar