Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insasnın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
Bakupost.az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların yaxınlarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.