Ru
23:18 / 02 Oktyabr 2025

İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

İlon Mask dünyanın ilk trilyonçusu ola bilər
Eye

Milyarder İlon Maskın sərvəti 500 milyard dolları keçib və bununla da tarixə düşüb.

Bakupost.az xəbər verir ki, “Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib.

Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayıb.

“Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən istefa verən Mask dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.

“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir.
Hesablamalara görə, əgər İlon Mask bu sürətlə inkişaf etsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar