Ru
10:00 / 20 Dekabr 2023

Soyuq havalar infarkt riskini artırır - 7 MƏSLƏHƏT

Soyuq havalar infarkt riskini artırır - 7 MƏSLƏHƏT
Eye

Soyuq hava ürək sağlamlığına mənfi təsir edir. Xüsusilə infarkt riski artır. Bu səbəbdən qış mövsümündə diqqətli olmaq lazımdır.

Bakupost.az xəbər verir ki, türkiyəli kardioloq prof. dr. Bilal Boztosun soyuq havalarda infarkt riskinin artmasının bir çox faktordan asılı olduğunu söyləyib və ürəyi qorumağın yollarını açıqlayıb.




1- QAN DAMARLARI DARALA BİLƏR

Soyuq hava qan damarlarını daralda bilər. Bu, qan təzyiqini artıraraq, infarkt riski yaradır.

2- QAN LAXTALANMASI

Soyuq hava qan laxtalanmasını artırır. Bu zaman damar tıxanıqlığı və infarkt riski yaranır.

3- DAHA ÇOX ENERJİ XƏRCLƏMƏK

Soyuq hava bədənin temperaturu saxlamaq üçün daha çox enerji sərf etməsinə səbəb ola bilər. Bədən istiliyinin çox aşağı və ya çox yüksək olması ürəyinizdə stress yaradır.

4- DAHA AZ FİZİKİ FƏALİYYƏT

Soyuq havada insanların çöldə daha az zaman keçirir. Müntəzəm məşq etməmək ürək sağlamlığına mənfi təsir göstərə və infarkt riskini artıra bilər.

Soyuq havada qar təmizləmək və ya yük daşımaq kimi yorucu bir iş görəcəksinizsə qəhvə içməkdən, siqaret çəkməkdən, qan təzyiqini və ürək döyüntüsünü artıran şeylərdən çəkinin. Ağır yemək yeməyin.


SOYUQ HAVADA NECƏ GEYİNMƏLİ?

Kardiologiya mütəxəssisi prof. dr. Bilal Boztosun, "İsti geyinmək vacibdir. Lakin həddindən artıq, bir-birinin üstündən çoxlu paltar geyinmək xüsusilə çöldə soyuq havada fiziki güc tələb edən işlərdə çalışan insanlarda istiliyin bədəndən çıxmasının qarşısını alır. Bu zaman damarlar həddindən artıq genişlənir, təzyiq aşağı düşür və infarkta səbəb olur. Bədən istiliyinizi tənzimlədiyinizə əmin olmaq üçün asanlıqla çıxara biləcəyiniz geyimlər geyinmək daha yaxşıdır", deyə əlavə edib.



ÜRƏYİNİZİ QORUMAQ ÜÇÜN 7 MƏSLƏHƏT

Bilal Boztosun soyuq qış havasında ürəyi qorumaq üçün 7 tövsiyəni açıqlayıb.

1- Mümkünsə ən çox vaxt keçirdiyiniz otağı ən az 18°C temperaturda saxlayın. Bir qalın geyimdənsə, nazik bir neçə geyim geyinin. Bu, sizi daha isti saxlayacaq.

2- Şapka, şərf və əlcəklər də bədən istiliyinizi saxlamağa kömək edəcək.

3- Temperaturunuzu yüksəltmək və immunitet sisteminizi gücləndirmək üçün içəridə hərəkət etməyi unutmayın.

4- İsti yeməklər yeyin. İsti içkilər bədəninizi isti saxlamaq üçün lazım olan enerji ilə təmin edir. Evdə hazırlanmış tərəvəz şorbası sağlam və doyurucu ola bilər.


5- Angina (sinə ağrısı) hiss edirsinizsə, ağzınıza və burnunuza boş bir şərf və ya üz maskası taxıb daha isti havada nəfəs almağa çalışın. Bu, qışda şikayətlərinizi azalda bilər.

6- Öskürək və ya soyuqdəymə hiss edirsinizsə, dincəlməyə və bol maye içməyə çalışın.


7- Dərman qəbul edirsinizsə, həkiminizdən və ya əczaçınızdan məsləhət almaq faydalıdır, çünki reseptsiz satılan bəzi dərmanlar uyğun olmaya bilər.



Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar