Günel Həsənlinin intim videosunun yayılmasında şok isim - Böyük bir klan bitirilir

Milli Şura rəhbəri Cəmil Həsənlinin qızının intim videosunun yayılmasının hakim dairələrdə belə yaratdığı etiraz sensasiyalı ifşalara səbəb ola bilər.


Bakupost.az sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xəbər verir ki, Cəmil Həsənlinin qızının videosunun çəkilmə və yayılmasında şübhəlilər sırasında “Rövnəq Abdullayev komandası”nın adı çəkilir.


İddia edilir ki, martın 25-də Rövnəq Abdullayevin dayısı oğlu, SOCAR-ın satış departamentinin rəhbəri Nihad Əliyevin İstanbulun Beşiktaş səmtindəki lüks oteldə müəmmalı ölümündən sonra Cəmil Həsənlinin yanaşması və R.Abdullayevi kəskin tənqid etməsi ciddi aqressiya doğurub. Beləliklə, Cəmil Həsənlini susdurmaq, eyni zamanda, gündəmi dəyişmək və Rövnəq Abdullayevin dayısı oğlunun ölümünü müzakirədən çıxarmaq üçün Cəmil Həsənlinin qızının intim videosunu yaymaq qərarı verilib.
SOCAR prezidentinin ətrafında böyük media şəbəkəsi və ən son texnologiyalardan istifadəyə imkan verən müasir və bahalı avadanlıqlar isə bu videonu geniş miqyasda ictimailəşdirməyə imkan tanıyıb. O da iddia olunur ki, videonun Dövlət Təhlükəsizliyi Xidmətinin 102 illiyində yayılmasında da məqsəd nəzərləri tam ayrı istiqamətə yönəltmək və diqqəti yayındırmaq olub.
Lakin video yayılandan sonra Azərbaycanın siyasi elitasının gözlənildiyindən daha sərt reaksiyası ilə üzləşib. Bu gün mediada yayılan məlumatlardan da göründü ki, DTX da daxil olmaqla, ölkənin üst düzəyi bu prosesdən tamamilə kənardadır və videonun yayılması onların iradəsi xaricindədir. Yayılan məlumatlar isə onu deməyə əsas verir ki, ölkə rəhbərliyi bu gizli videonun yayılmasına görə məsuliyyət daşıyanların tapılıb cəzalanmasını tələb edib.

PA-nın dolayısı yolla, Pənah Hüseyn vasitəsilə yaydığı məlumatdan aydın olur ki, artıq bu istiqamətdə araşdırmalara başlanılıb və qısa müddətdə günahkarın tapılacağı istisna deyil. Səbəbkarın isə ölkə xaricində olduğu haqda bilgilər var.

İddialara görə, gizli video sosial şəbəkələrin Türkiyə seqmentindən paylaşılıb və bu da yuxarıda adı keçən şəbəkəni gündəmə gətirir.

Qeyd etmək yerinə düşər ki, burda Rövnəq Abdullayevi bitirməyə çalışan şəbəkəni də istisna etmək olmaz. Məsələ ondadır ki, R.Abdullayevin dayısı oğlunun ölümü ilə bağlı bir-birinin ardınca yalançı videolar sosial şəbəkələrdə yayıldı. Bir video təkzib olunan andaca növbəti video gündəmə gətirilirdi. Nəhayət, N.Əliyevin ailəsi mərhumun fotosunu yaymağa məcbur oldu ki, insanlar yayılan videoların yalançı olduğunu özləri təxmin etsinlər.
Ehtimallardan biri də R.Abdullayevə qarşı olan şəbəkənin Cəmil Həsənlinin qızının intim videosunu yaymaqla SOCAR prezidentini hədəfə çevirməkdir...